Qadın və Uşaq Sığınacağı · Bakı

Xəbərlər

Sığınacağın gündəlik həyatından xəbərlər, sevincli anlar və müraciətlərimiz.

Səhifə 1 / 2

Azersun Holdingdən bonus kart

Azersun Holdingin hədiyyə etdiyi bonus kartla ərzaq alırıq. Bu dəfə uşaqların istədiyi düşbərəni bişirdik.

Könüllü müəllimlər səfərbər oldu

Universitetə hazırlaşan qızımıza 5 könüllü müəllim qoşuldu. İzləyicilərimiz yeni gələn qızların məktəb ehtiyaclarını cəmi bir gündə qarşıladı.

Uşaqlar üçün yoqa dərsi

Uşaqlarımız yoqa dərsində hərəkətlər və nəfəs məşqləri öyrəndi, bir neçə saat gündəlik qayğılardan uzaqlaşdı.

Qızımız üçün praktika yeri axtarırıq

Peşə məktəbinə daxil olan qızımız təhsillə yanaşı praktika keçmək istəyir. Ona yer tapmağa kömək edə bilərsiniz.

Ödənişsiz göz müayinəsi

Həkim Mahir Məmmədzadə uşaqlarımızı hər dəfə ödənişsiz müayinə edir. Bu dəfə qızlarımızdan biri üçün eynək də aldı.

Qadın qadına sığınacaq olsun

Həkim Gülnar xanımın dəstəyi ilə uşaqların məktəb geyimləri və zəruri ərzaq üçün pul yığımını tamamladıq.

Qızımız kollecə qəbul oldu

İllər əvvəl sığınacağa gələn qızımız kollecə qəbul oldu. Növbəti hədəfi ali məktəbdir.

Məktəbə hazırlıq

Yeni dərs ili üçün bütün uşaqlarımızın məktəb ləvazimatı təmin olundu. Bəzi uşaqların məktəb forması və avtobus sürücüsünün ödənişi üçün 800 AZN ehtiyac qaldı.

Uşaqlar üçün bayram günü

Social Bee Agency, Peynirci Baba, Bimland və BTS Travel uşaqlarımız üçün sevinc dolu xüsusi bir gün təşkil etdi.

Hədiyyə olunan avtobusun içində üç qadın

Yeni il bayramı və hədiyyə avtobusu

Yeni il tədbirində Arzu Əliyeva uşaqların məktəb səfərləri üçün sığınacağa yeni avtobus hədiyyə etdi.

Gecənin qəhrəmanı

Sığınacaqda gecə vaxtı xəstələnən körpəmizi Dr Jalə xanım xəstəxanaya qəbul etdi və tam ödənişsiz müalicə etdirdi.

Qız övladı kampaniyası yenidən başlayır

İllər əvvəl keçirdiyimiz kampaniyaya yenidən başlayırıq. Atalar, qız övladınızla birgə şəklinizi paylaşın.

Bizi izləyin