Yeni dərs ili üçün bütün uşaqlarımızın məktəb ləvazimatı təmin olundu. Bəzi uşaqların məktəb forması və avtobus sürücüsünün ödənişi üçün 800 AZN ehtiyac qaldı.
Məktəbə hazırlığımızın böyük hissəsi tamamlandı. Yeni dərs ili üçün sığınacaqda yaşayan bütün uşaqların məktəb ləvazimatı artıq təmin olunub.
İndi yalnız bəzi uşaqların məktəb geyimlərinin alınmasına ehtiyacımız qalıb. İstəyirik ki, bütün uşaqlar yeni dərs ilinə həm sevinclə, həm də tam hazır başlasın.
Bundan başqa, uşaqların məktəbə təhlükəsiz gedib-gəlməsi üçün avtobus sürücüsünün ödənişinə 800 AZN lazımdır.
Bir uşağın məktəbə hazırlığına dəstək olmaq istəyən hər kəsə əvvəlcədən təşəkkür edirik.
Necə kömək edə bilərsiniz
Kartla və ya onlayn ianə edə, lazım olan əşyaları gətirə, vaxtınızı və peşənizi bölüşə bilərsiniz.
İanə etZəng edin055 314 35 15