Universitetə hazırlaşan qızımıza 5 könüllü müəllim qoşuldu. İzləyicilərimiz yeni gələn qızların məktəb ehtiyaclarını cəmi bir gündə qarşıladı.
Bu yaxınlarda sığınacağa yeni qızlar gəldi. Onlardan ən böyüyü təhsilini davam etdirib universitetə qəbul olmaq istəyir.
Bu barədə paylaşım etdikdən sonra izləyicilərimiz bütün güclərini səfərbər etdi. Əvvəlcə könüllü müəllimlər onun universitetə hazırlığına kömək etmək istədiklərini bildirdilər. Sonra izləyicilər cəmi 1 gün ərzində uşaqların məktəb formalarını, dərs ləvazimatını və digər ehtiyaclarını qarşıladı.
Artıq qızımızla 5 könüllü müəllim birlikdə çalışacaq. O, durmadan oxuyur və uğur qazanacağına çox inanırıq.
Təhsil yolunda dəstək olan bütün müəllimlərə və əziz izləyicilərimizə sonsuz təşəkkür edirik.
Necə kömək edə bilərsiniz
Kartla və ya onlayn ianə edə, lazım olan əşyaları gətirə, vaxtınızı və peşənizi bölüşə bilərsiniz.
İanə etZəng edin055 314 35 15