Uşaqlarımız yoqa dərsində hərəkətlər və nəfəs məşqləri öyrəndi, bir neçə saat gündəlik qayğılardan uzaqlaşdı.
Bu gün sığınacaqda uşaqlarımız üçün fərqli və çox gözəl bir gün oldu. Uşaqlar yoqa dərsi keçdilər.
Birlikdə hərəkətlər etdilər, nəfəs məşqləri öyrəndilər. Bir neçə saatlıq da olsa gündəlik qayğılardan uzaqlaşıb sadəcə uşaqlıqlarını yaşadılar.
Daha əvvəl keçirilən yoqa dərslərindən sonra uşaqlarımızın psixologiyasında xüsusi dəyişikliklər görmüşdük. Belə fəaliyyətlərin həm fiziki, həm də psixoloji baxımdan böyük əhəmiyyəti var. Bu günü uşaqlarımıza yaşadan yoqa təlimçisinə təşəkkür edirik.
Necə kömək edə bilərsiniz
Kartla və ya onlayn ianə edə, lazım olan əşyaları gətirə, vaxtınızı və peşənizi bölüşə bilərsiniz.
İanə etZəng edin055 314 35 15