Xəbərlər

Ukrayna xarici işlər nazirindən mükafat

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mükafat qutusunu Mehriban Zeynalovaya təqdim edir, arxada Azərbaycan və Ukrayna bayraqları

Andrey Sibiqa illərdir ukraynalılara göstərilən dəstəyi, xüsusilə müharibə dövründə onların sığınacaqla təmin olunmasını yüksək qiymətləndirdi.

Bu gün çox sevindirici və qürurverici anlar yaşadıq.

Ukraynanın xarici işlər naziri cənab Andrey Sibiqa illərdir Ukrayna vətəndaşlarına göstərdiyimiz dəstəyi yüksək qiymətləndirərək bizi mükafatlandırdı. Xüsusilə müharibə dövründə onları sığınacaqla təmin etdik və ölkələrinə qayıdana qədər qayğı göstərdik.

Bu mükafat həm də Azərbaycan dövlətinin və sığınacağın ən çətin anlarında tərəddüd etmədən yanımızda olan vətəndaşlarımızın mükafatıdır.

MənbəPaylaşımın orijinalına bax

Bütün xəbərlərə qayıt

Necə kömək edə bilərsiniz

Kartla və ya onlayn ianə edə, lazım olan əşyaları gətirə, vaxtınızı və peşənizi bölüşə bilərsiniz.

İanə etZəng edin055 314 35 15